Douglas DC-3

Douglas DC-3
İstehsalçı Douglas Aircraft Company
İlk uçuş 1936
İstismara verilmə tarixi 1936
İstismarçılar
Buraxılış sayı 607
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Douglas DC-3 sabit qanad quruluşlu, pərvanəli, 19301940-cı illərə damğasını vurmuş təyyarə modelidir.

Təyyarə baş mühəndis Arthur E. Raymond tərəfindən inkişaf etdirilmiş və ilk uçuşunu 17 Dekabr 1935-də etmişdir. Təyyarə American Airlines CEO-i Cyrus Smith və Donald Douglasın etdikləri telefon marafonu nəticəsində DC-2-nin inkişaf etdirilməsi fikirləri nəticəsində doğulmuşdur. Kabin içi mətbəx və yataraq səyahət kimi fürsətlər təqdim edən DC-3 sayəsində xüsusilə Amerikada hava nəqliyyatı məşhur hala gəlmişdir.

Erkən dövr aviasiya şirkətləri United, Amerika, TWAEastern 400-ü üzərində DC-3 sifarişi vermişlər. İkinci Dünya müharibəsi illərində isə DC-3ün 10.000 ətrafı hərbi məqsədli versiyası istehsal edilmişdir (C-47, C-53, R4DDakota). Istehsalın pik nöqtəsinə çatdığı 1944-də tam 4853 ədədi təslim edilmişdir. Lisenziyalı kopyaları isə Yaponiyada çıxarılan SHOWA L2D və Rus istehsalı Lisunov Li-2 dir.

Döyüş sonrasında bir çox C-47 sivil nəqliyyatı məqsədi ilə yenidən əldən keçirilmişdir. Douglas bu vaxt DC-3-ü inkişaf etdirməyə davam etmiş və yük tutumunu böyüdərək və qanad quruluşunu dəyişdirərək Super DC-3 modelini yaratmışdır. Ancaq bu model ticarət satış üçün təqdim edilməmiş və hərbi məqsədli istifadə edilmişdir.

Douglas Super DC-3, Pangnirtung Aerodrom (Nunavut, Canada) 'dan qalxarkən

Bu gün hələ də bəzi şirkətlərdə bəzi daşımalarda DC-3lər istifadə edilməkdədir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search